“18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirir. Məktəbdənkənar və sinifdənxaric işlər tərbiyə işləri üzrə təşkilatçı Kəmalə Əmirzadə, UBTR Sinarə Məmmədova və psixoloq Aytac Məmmədovanın rəhbərliyi altında məktəblilərin iştirakı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirmişdir. Tədbirdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verilmiş və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışılmışdır. Tədbirdə mövzuya aid video çarx nümayiş etdirilmişdir.