Suraxanı rayonunda "Gül bayramı" keçirildi

Bakı Suraxanı rayonu 5 may.Hər il olduğu kimi,bu il də xalqımızın əvəzedilməz lideri,görkəmli siyasi xadim,fenomen şəxsiyyət Heydər Əliyevin doğum günü münasibətilə "Gül bayramı"keçirildi.Heydər Əliyev parkı başdan-başa gül kompozisiyaları ilə bəzədilmişdi.Rayon ərazisində yerləşən bütün məktəblər park boyu onlar üçün ayrılmış yerlərdə öz əl işlərinin sərgisini nümayiş etdirirdilər.118 nomreli tam orta məktəbin kollektivi də ulu öndərin doğum gününə öz töhfələrini bir-birindən gözəl,yüksək zövqlə hazırlanmış əl işləri ilə verməkdən yüksək zövq duyaraq tədbirin təşkilində böyük rol oynadılar.Sonra Bakı şəhər müsabiqə komissiyasının da iştirakı ilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin,məktəbəqədər tərbiyə müəssisələrinin parkın ayrı-ayrı guşələrində sərgilənən əl işlərinə baxış keçirlmişdir.Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndərin ad gününə həsr olunan gül bayramı rayon ərazisində yerləşən mədəniyyət ocaqları bədii kollektivlərinin hazırladıqları konsert proqramının müşayiəti ilə bütün gün ərzində izdihamla davam etmişdir.