"Su həyat mənbəyidir" adlı tədbir keçirildi.
Bakı şəhəri üzrə Təhsil idarəsinin əmrinə əsasən “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində "Su həyat mənbəyidir" adlı tədbir keçirildi. Məktəbin fənn müəllimləri Qaracayeva Dilarə və Məhərrəmova Ruhanə tədbirə təşkilatçılıq edirdilər. İlk olaraq, müəllimlər hazırlanmış slayd ilə mövzu haqqında ətraflı məlumat verdi, daha sonra şagirdlər bir neçə layihə ilə çıxış etdilər. Şagirdlərə izah olundu ki, su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. Belə su mənbələrində yaşayan balıqlar , xərçənglər , bitkilər və başqa canlı orqanizmlər normal yaşaya və çoxala bilmir , məhv olurlar. Çirklənmiş suyun təmizlənməsi o qədər də asan deyil. Çirkab suları nə qədər güclü çirklənərsə, onların yenidən təmizlənməsi üçün xərclər də bir o qədər çox olar. Bu ümumdünya miqyaslı problemdir. Ona görə da bu problemi şagirdlərə bildirib, onun həlli yollarını öyrətmək lazımdır. Şagirdlər suyun və torpağın çirklənməsi və bu problemlərin aradan qaldırılması yollarını müzakirə etdilər. Nəticədə, şagirdlər təbiəti qorumağın düzgün yolları, sudan səmərəli istifadə və həyat keyfiyyətini yüksəltmək yolları ilə tanış oldular.