3ç sinfi Hövsanda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Məktəbin İnkişaf planına əsasən ibtidai sinif müəllimi Hüseynova Ayselin təşkilatçılığı ilə 3ç sinfi ilə Hövsanda yerləşən Şəhidlər Xiyabanına yollanmışdılar. Şagirdlər şəhidlərin məzarı üzərinə gül dəstələri qoyub, şeirlər səsləndirdilər. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi