Bu gün Suraxanı rayonu E.Cəfərov adına 118 nomrəli tam orta məktəbdə Azərbaycan xalqının böyük oglu,unudulmaz şəxsiyyət Heydər Əliyevin 92-ci ildönümü münasibətilə siniflərarası mini-futbol yarışının final mərhələsi keçirildi.Yarış məktəbin 8-a və 7-c sinifləri arasında baş tutdu.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra futbolçular meydançada onlar üçün ayrılmış yerləri tutdular və hakimin fit səsindən sonra yarışa başladılar.30 dəqiqə ərzində davam edən yarışda 7-c sinfinin futbolçuları 3-2 hesabı ilə qələbə qazandılar.Oyundan sonra məktəb rəhbərliyi şagirdləri bu böyük bayram tədbiri münasibətilə təbrik etdi və iştirakçıları diplomla mükafatlandırdı.