"Gül bayramı" keçirildi

Aprel ayının 29-da Suraxanı rayonu E.Cəfərov adına 118 saylı tam orta məktəbdə görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Gül bayramı" keçirildi.Bayram münasibətilə məktəbin foyesində hər sinif üçün ayrılmış yerlərdə təşkil olunmuş əl işlərindən ibarət olan sərgilərə baxış keçirildi.Bu məqsədlə yaradılmış təşkilat komitəsinin üzvləri şagirdlərin Ulu Öndərin dogum gününə həsr etdikləri möhtəşəm əl işləri ilə yaxından tanış oldular.Məktəbin bütün müəllim və şagird kollektivi bu işdə yaxından iştirak edirdi.Təşkilat komitəsini üzvləri sərgilənən əl işlərindən ən yaxşılarını rayon miqyasında keçiriləcək tədbirdə nümayiş etdirmək üçün ayırdılar.Əl işlərinin seçilməsində bir sıra siniflər xüsusilə seçildilər.Bunlardan:Sevda Zeynalovanın rəhbərlik etdiyi 1-a sinfi,Məlahət Həbibovanın rəhbərlik etdiyi 1-ç sinfi,Almaz Nəbiyevanın rəhbərlik etdiyi 2-b sinfi,Səidə Süleymanovanın rəhbərlik etdiyi 3-a sinfi, Vüsalə Səlimovanın rəhbərlik etdiyi 3-b sinfi,Nüşabə Musayevanın rəhbərlik etdiyi 4-c sinfi,Aynur Məmmədovanın rəhbərlik etdiyi 5-a sinfi,Kənan Quliyevin rəhbərlik etdiyi 6-a sinfi,Vəlyev Rəsulun rəhbərlik etdiyi 8-a sinfi,Şəfiqə Həsənovanın rəhbərlik etdiyi 10-a sinfi xüsusilə seçildilər.Bayram sərgisi maraqlı sonluqla başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi