"Biz idmanı sevirik " mövzusunda sinifdaxili esse yazı müsabiqəsi keçirildi.
Məktəb İnkişaf Planına əsasən "İdmansevərlər" layihəsi çərçivəsində təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Güllərin rəhbərliyi ilə "Biz idmanı sevirik " mövzusunda sinifdaxili esse yazı müsabiqəsi keçirildi. Şagirdlər idmanın həyatımızda və sağlamlığımızdakı rolundan bəhs edən esselər yazaraq təqdimatlar etdilər. Təşkil olunan müsabiqənin məqsədi şagirdlərdə idmana olan marağın artırılması və sağlam həyat tərzinin aşılanmasıdır. Müsabiqənin qalibləri diplomla təltif olundular.