" Mən mütaliə edirəm" adlı layihə davam edir.
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Güllərin təşkilatçılığı ilə artıq 7 aydır " Mən mütaliə edirəm" adlı layihəsi davam edir. Mütaliə şagirdlərin asudə vaxtlarında təşkil olunur və şagirdlərin dünyagörüşünün formalaşmasında, onlarda mütaliə mədəniyyətinin, tənqidi düşüncə bacarığının, oxu vərdişinin təkmilləşməsində, şəxsiyyət kimi yetişməsində mütaliə müstəsna əhəmiyyət daşıyır. Kitab oxumağın insanın düşüncə, intellektual, mənəvi inkişafında rolu danılmazdır. Mütaliə etmədən fikir mübadiləsi etmək çətin olur. Məhz kitablar insanda yaradıcı potensialın üzə çıxarılmasına təsir göstərir. Kitaba meyil göstərmək, onu oxumaq, onunla bir bağ qurmaq şagirdlərin bədii təxəyyülünün inkişafına kömək edir. Mənəvi dünyası ilə körpü yaradır.
Layihənin sonunda şagirdlərin mütaliəyə olan maraqlarını artırmaq məqsədilə, oxuduğu kitabları təhlil və təqdimetmə bacarığı ilə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən "Fəxri fərman"la təltif olunacaqlar.