"Mən-i itirməyin" mövzusunda nümunəvi dərs keçirdi.
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq ibtidai sinif müəllimi Musayeva Nüşabə 4b sinfində " Məni itirməyin" mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə təbii fəlakətlərdən danışıldı, "Vicdan nədir?" sualına cavab axtarıldı. Dərsdə direktor müavinləri, ixtisas və qeyri-ixtisas müəllimləri iştirak etdilər. Dərs 5 qrupa ayrılmaqla qruplar şəklində keçirildi. Tədqiqat sualları hər bir qrupa ayrı-ayrılıqda təqdim olundu. Şagirdlər sualları cavablandırdıqdan sonra iş vərəqlərini təqdim etdilər. Hər bir qrupdan bir nümayəndə iş vərəqlərində qeyd etdiklərini ətraflı şəkildə izah etdi. Dərsin sonunda hər bir qrupunun əməkdaşlıq səviyyəsi də nəzərə alınmaqla qiymətləndirildi. Sonda dərsin müzakirəsi aparıldı. Dərs rəhbərlik və müəllimlər tərəfindən bəyənildi.