“Bullinqlə mübarizə” mövzusunda seminar keçirib.
Məktəbin İnkişaf Planına uyğun olaraq UBTR Məmmədova Sinarə 7-ci sinif şagirdləri ilə “Bullinqlə mübarizə” mövzusunda seminar keçirib. Məqsəd şagirdlərə bullinq davranışı haqqında məlumat vermək və bullinqlə mübarizə aparmağın yollarını izah etməkdən ibarət olub. Əvvəlcə məktəbin UBTR-i Məmmədova Sinarə bullinq nədir, bullinq davranışı ilə bağlı şagirdləri məlumat verib. Daha sonra bullinqlə bağlı vidoçarx nümayiş olunub. Sonra uşaqların ailələrdə fiziki və emosional zorakılığa məruz qalmaları, ailələdə uşaqların hüquqlarının pozulmaları, bəzi ailələrdə cismani cəza olaraq uşaqların döyülməsi, ailələrdə uşaqlara etinadsızlıq göstərilməsi, qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilməsindən danışıb.