Rəhbər heyət ilə hesabat xarakterli iclas keçirdi.
Məktəbin İnkişaf Planına uyğun olaraq 14.04.2023 cü il tarixində direktor Nizaməddin Ağcayev məktəbin rəhbər heyəti ilə hesabat xarakterli iclas keçirdi. İclasda təlim-tərbiyə içləri üzrə direktor müavini Elşən Muqumov fərdi təhsilin aparılması, şagird-müəllim heyəti haqqında məlumat verdi. Təhsil standartlarında bəzi məsələlərə öz münasibətlərini bildirdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Güllər Məmmədli sinif jurnallarının vəziyyəti və nizam - intizam qaydaları haqqında məruzə etdi. Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Əmirzadə şagirdlərin dərsə davamiyyəti və şagirdlərin məktəbli forması haqqında çıxış etdi. UBTR Sinarə Məmmədova isə şagird - valideyn -məktəb münasibətləri zamanı yaranan problemlərdən danışdı .Qarşıda gözlənilən tədbirlər planına baxış keçirildi. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən fənlər üzrə ümumi təlim nəticələri barədə geniş danışıldı. Məruzə ətrafında çıxışlar edildi. Aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.