“Zəfər” məktəblilərarası I tarix olimpiadası yekunlaşdı.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1681647050643be5cae242e3.93865160.jpg)
Bakı şəhəri üzrə keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadasında iştirak etmiş şagirdlərin diplomla təltif olunma mərasimi keçirildi. Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış Qələbə və qəhrəman Ordumuzun Zəfər Yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxışı zamanı bildirib ki, bu cür yarışların, olimpiadaların keçirilməsi hər bir insanda vətənpərvərlik ruhu, Vətənə sevgi, ilk növbədə, məktəbdə yaranır və formalaşır. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır.