Asəf Zeynallının həyat və yaradıcılığına həsr olunmuş nümunəvi dərs keçirildi.
Azərbaycan musiqi sənətinin görkəmli xadimlərindən biri, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı böyük bir həyat salnaməsidir. Elə bir salnamə ki, onun hər səhifəsində gənc bəstəkarın əks etdirdiyi musiqi obrazları öz təravətini, reallığını, həyatiliyini bu gün də saxlayır.
Məktəbin musiqi müəllimi Könül Həsənovanın təşkilatçılığı ilə Asəf Zeynallının həyat və yaradıcılığına həsr olunmuş nümunəvi dərs keçirildi.
Nümunəvi dərsdə qeyd olundu ki, Asəf Zeynallı da cəmi 23 il yaşadı, ancaq xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub getdi.