Monitorinq imtahanları ilə əlaqədar nəzarətçilərlə görüş keçirildi.
Məktəbin İnkişaf Planına uyğun olaraq 05.04.2022-ci il tarixdə 9-cu siniflərdə ana dili, riyaziyyat və xarici dil fənnindən keçirilən monitorinq imtahanları ilə əlaqədar nəzarətçilərlə görüş keçirildi. Görüşdə, monitorinqin fəaliyyəti müzakirə olundu. Monitorinqin keçirilməsi üçün sinif otaqları müəyyənləşdirildi. 9-cu sinif şagirdləri üçün 5 otaq ayrıldı. Hər sinfə 2 nəfər olmaqla nəzarətçilər təyin olundu. Nəzarətçilər monitorinq imtahanlarının keçirilməsi haqqında təlimatlandırıldı. Məktəb rəhbərliyi bildirdi ki, bütün 9-cu sinif şagirdləri saat 10.00-da sinif otaqlarına yerləşdirilməli və oturtdurulmalıdır. Sinif rəhbərlərinə göstəriş verildi ki, şagirdlər tam tərkibdə və məktəb formasında iştirak etməlidir.