" Uşaq Kitab Günü" ilə bağlı dəyirmi masa keçirildi.
Məktəbin İnkişaf Planına uyğun olaraq 03.04.2023 tarixində məktəbin kitabxanaçısı Gülşən Hüseynovanın təşkilatçılığı ilə " Uşaq Kitab Günü" ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Diskussiyada bu günün tarixindən söhbət açılıb, 1967-ci ildən etibarən, bu təqvimin Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başladığı diqqətə çatdırılıb.
Dünya uşaq ədəbiyyatının azyaşlıların tərbiyəsində əvəzsiz rol oynadığını deyən çıxışçılar əsrlər əvvəl yazılmış əsərlərin bu gün də uşaqlar tərəfindən sevilə-sevilə oxunduğunu qeyd ediblər. Həmçinin nağıl qəhramanlarının xarakterik xüsusiyyətləri barədə şagirdlərin müstəqil fikirləri dinlənilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.