"Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş bilik yarışı keçirildi.
Məktəbin V sinifləri arasında Azərbaycan tarixi fənnindən "Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş bilik yarışı keçirildi. Komandalara bölünmüş təhsilalanlar yarışmada böyük fəallıqla iştirak etdilər . Komandaların hər biri qələbə qazanmaq üçün böyük səy göstərdi. Yarışmanın keçirilməsində məqsəd şagirdlərin tarixə aid biliklərini müəyyənləşdirmək idi. Sonda qalib ən fəal komanda V c sinfi oldu. Məktəbin direktoru Nizaməddin Ağcayev bütün tarix müəllimlərinə və şagirdlərə bu cür fəallıqlarına görə təşəkkür etdi.