Bakı Şəhər İcra Hakimiyyətinin əmrinə əsasən iməcilik təşkil olundu.
Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. Məktəbimizdə də Bakı Şəhər İcra Hakimiyyətinin əmrinə əsasən iməcilik təşkil olundu. Məktəbdə ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək işləri aparıldı. Ağacların dibi belləndi, məktəb ərazisində təmizlik işləri görüldü. Sinif otaqları səliqəyə salındı, havalandırıldı. Ümumilikdə 300 nəfər məktəb və şagird kollektivi iməcilikdə iştirak etdi.