"8 Mart Beynəlxalq Qadınlar Günü"dür.

8 Mart - qadın və gözəllik bayramı kimi qeyd olunur. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.Bineyi - qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatımızın bəzəyidir. Məktəbimizdə “ 8 Mart Beynəlxalq Qadınlar günü “nə həsr olunmuş tədbirimizdə şagirdlərimizin fəal iştirakı, bir- birindən maraqlı çıxışları, ana haqqında ifa etdikləri şerlər, mahnılar bu günə olan böyük diqqətimizin, sevgimizin göstəricisidir. Maraqlı və bir- birindən fərqli kompozisiyalara görə tədbir təşkilatçıları Əliyeva Nərgiz, Balayeva Fəridə, Osmanova Gülər, Çopsiyeva Pərvanə və tədbirdə fəal iştirak edən şagirdlərimizə məktəb kollektivi adından öz dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi