" Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" mövzusunda esse müsabiqəsi keçirilib.
"İdman həftəsi"ndə esse müsabiqəsi keçirilib. "İdman həftəsi" layihəsi çərçivəsində ibtidai sinif şagirdləri arasında " Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" mövzusunda esse müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılmasıdır. Qalib 4e sinif şagirdi Salayev Xalid olub. II yerə Babazadə Əsna, III yerə Məmmədli Şirzad layiq görüldü.