"İdman həftəsi" davam edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən məktəbimizdə "İdman həftəsi" davam edir. Məktəbin psixoloqları Səid Lətifli, Aytac Məmmədovanın iştirakı ilə "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması " mövzusunda təhsilalanlarla seminar keçirildi.
Seminarda qeyd edildi ki, insan həyatını məqsədsiz təsəvvür etmək olmaz. Xüsusilə müəyyən peşə sahəsində çalışanlar daim vəzifədə irəli getmək, bilik və bacarıqlarını artırmaq istəyirlər.
Təmsil etdikləri ölkəni bütün dünyada tanıdan idmançılar da həmişə konkret hədəfə çatmağa can atırlar. Bu, həm məşq zamanı, həm də yarışlarda özünü göstərir. İdmançı çalışır ki, məşqçinin verdiyi tapşırığı nəinki dəqiq və vaxtında, həm də gözləniləndən daha yaxşı şəkildə yerinə yetirsin.