9c sinfi məktəbin həyətinə ekskursiyaya yollandılar.
Coğrafiya müəllimi Məhərrəmova Rühanənin rəhbərliyi altında 9c sinfi məktəbin həyətinə ekskursiyaya yollandılar. Şagirdlərlə yazın müxtəlif dövrləri (hava xüsusiyyətləri, flora və faunada baş verən dəyişikliklər, oyanan təbiətin gözəlliyi və onun mühafizəsi məsələləri) haqqında söhbət aparıldı. Dərsin əsas məqsədi uşaqların canlı və cansız təbiət haqqında biliklərini möhkəmləndirmək, ekoloji oyunlar vasitəsilə ekoloji təhsilin əsaslarının inkişafına kömək etməkdir. Sonda şagirdlər məktəbin həyətində təmizlik işləri apardılar.