"Şagirdlərin öyrənmə bacarıqlarının müəyyən edilməsi" adı altında təlim keçirildi.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi tərəfindən müəllimlərə "Şagirdlərin öyrənmə bacarıqlarının müəyyən edilməsi" adı altında təlim keçirildi.
Təlim zamanı məktəbin direktoru Nizaməddin Ağcayev bildirib ki, təlim prosesinin düzgün aparılması müəllimlərin öz işinə yaradıcı münasibətindən asılıdır. Hər bir şagird, hər seydən əvvəl, vətəndaşdır və müəllim də şagirdə bu istiqamətdə yanaşmalıdır. Müəllimin səmimi, qayğıkeş münasibəti şagirdi elmə, biliyə həvəsləndirir. Ona görə də indi müəllimlər şagirdləri yormadan, az vaxt sərf etməklə çox və keyfiyyətli iş görməlidirlər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Güllər Məmmədli və psixoloqlar Aytac Məmmədova, Səid Lətifli də özn növbəsində təlim və tərbiyənin qarşılıqlı əlaqəsindən, təlim zamanı diqqəti, iradəni, təfəkkürü, təxəyyülü və s. psixoloji xüsusiyyətləri inkişaf etdirmədən mənimsəmənin səviyyəsini yüksəltməyin çətinliyindən söhbət açıblar.