"Olimpiya oyunları" mövzusunda sinif təşkilat saatları keçirilib.

Məktəbin ibtidai siniflərində "İdman həftəsi" layihəsi çərçivəsində şagirdlərlə "Olimpiya oyunları" mövzusunda sinif təşkilat saatları keçirilib. Sinif təşkilat saatlarında məktəb rəhbərliyi də iştirak edib. Müəllimlər şagirdlərə olimpiya oyunları, ölkə idmançılarımızın bu oyunlardakı uğurları barədə məlumatlar verib.Qeyd edilib ki, idman təkcə fiziki cəhətcə insanların güclənməsinə və inkişaf etməsinə səbəb olmur, həmçinin onları gündəlik həyatda daha hazırlıqlı və mütəşəkkil edir. Həmçinin "Olimpiya oyunları uşaqların gözü ilə " adlı ibtidai sinif şagirdlərinin əl işləri nümayiş olunub. Təhsilalanlardan 1c sinif şagirdləri Kişizadə İmran, Bəbirli Fariz, 4c sinfindən Əliyeva Nuray, Kamranlı Zəhra, İbrahimli Mustafa, Məmmədzadə Mələk əl işləri ilə xüsusilə fərqləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi