Məktəbimizdə "İdman həftəsi" davam edir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən məktəbimizdə "İdman həftəsi" davam edir.
Bu gün məktəbdə layihə çərçivəsində müxtəlif yaş qruplarında idman viktorinası keçirilib. Yarışa məktəbin fiziki tərbiyə müəllimləri Məmmədova Xatirə və Yagibekov Xanlar rəhbərlik ediblər. Munsiflər heyəti qismində məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elşən Muqumov və Güllər Məmmədli, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Əmirzadə, psixoloqlar Səid Lətifli, Aytac Məmmədova iştirak ediblər.
Yarışmada idmanın bütün sahələrini əhatə edən və yaş xüsusiyyətinə uyğun suallar tərtib olunub. Viktorinada qruplar arası yarışmada müxtəlif siniflərin şagirdləri iştirak edib. Belə viktorinaların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktivliyə olan marağın artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsi ilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır. Praktika göstərir ki, belə oyunlar həm də şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə də müsbət təsir göstərir. Yarışmada idman müəllimləri və direktor müavini iştirak edib. Qaliblər müəyyənləşib. Şagirdlər yarışmaya çox böyük həvəslə qatılıb.