"Xudafərin körpüsü" mövzusu əsasında "Açıq dərs" keçirildi.

27 fevral tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qafarlı Aynurun təqdimatında 5c sinfində "Xudafərin körpüsü" mövzusu əsasında "Açıq dərs"i keçirildi.Dərsdə məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri iştirak etdilər. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Dərsdə Şimali və Cənubi Azərbaycanı birləşdirən yeganə körpü olan Xudafərin körpüsünün Azərbaycanın tarixi-mədəni abidəsi olması haqda geniş məlumat verildi. Uzun illər düşmən tapdağı altında inləmiş,qardaşı-qardaşdan ayıran Xudafərin körpüsünün Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması haqda söhbət açıldı, videolar göstərildi. Vətən həsrətni ürək yanğısı ilə qələmə alan Bəxtiyardan, Şəhriyardan şeir parçaları səsləndirilidi. Sonda məktəbin direktoru şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi