Bakı şəhər məktəblilərinin "Milli Mənəvi İrsimiz-Bizim tariximizdir"diyarşünaslıq olimpiadası keçirildi

Aprel ayının 28-də Suraxanı rayonu 279 nomreli tam orta mektebde Bakı şəhər məktəblilərinin “Milli Mənəvi İrsimiz-Bizim tariximizdir”diyarşünaslıq olimpiadasında 118 nomreli tam orta məktəbin komandası da iştirak etdi.Komandanın tərkibinə 11-ci sinif şagirdlərindən Süleymanova Leyla İkram qızı,Ağazadə Zeynal Şahid oğlu,10-cu sinif şagirdi Əlizadə Elşən Araz oğlu daxil idilər.Komandanın rəhbəri məktəbin tarix müəllimi Şəfiqə Həsənova şagirdlərin vətənə,xalqa,milli mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini daha da gücləndirmək üçün onlarla geniş hazırlıq işləri aparmışdır.Olimpiadada onlara ayrılan 1 saat vaxt ərzində 30 sualı layiqincə cavablandıran şagirdlərimiz Suraxanı rayon turunda böyük istedad nümayiş etdirərək olimpiadanın qalibi olmuş və şəhər mərhələsinə vəsiqə almışlar.Bu münasibətlə şagirdlərimizə məktəb rəhbərliyi tərəfindən xüsusi təşəkkür elan edilmiş və onlara şəhər mərhələsində də məktəbimizi layiqincə təmsil edəcəklərinə inam ifadə olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi