İdman həftəsinə start verildi.
Məktəbimizdə Elm və Təhsil Nazirliyinin 02/TQÇ-7-99 nömrəli məktuba əsasən idman həftəsinə start verildi. Məktuba əsasən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.
Məktəbin fiziki tərbiyə müəllimi Məmmədova Xatirənin rəhybərliyi altında təhsilalanlar səhər gimnastikası etdilər. Səhər gimnastikası insanın fiziki formasının və xoş əhval-ruhiyyəsinin, orqanizmin müqavimət qabiliyyətinin və gözəl qədd-qamətinin saxlanmasına yönəldilmiş vasitələrdən ən vacibidir.