Xocalı faciəsi xalqımızın sağalmaz yarasıdır.
24 fevral 2023-cü il tarixində məktəbin kitabxanaçısı H.Gülşən Xocalı faciəsinin 31-ci illiyi ilə bağlı tədbir təşkil etdi. Tədbirdə sinifdənxaric və məktəbdənkənar təşkilatçı Ə.Kəmalə, UBTR M.Sinarə, psixoloq M.Aytac iştirak etdilər.
Tədbirdə Xocalı həqiqətlərinin bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərdən, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolundan bəhs edilib.
Tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, faşist xislətlərindən irəli gələrək məkirli və təcavüzkar siyasət yürütmələri, havadarlarının dəstəyilə torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri haqqında ətraflı məlumat verilib.
Həmçinin, Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi və məktəbli oxucuların əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub.
yetirilib, yandırılıb və girov götürülüb.