" Xocalı uşaqların gözündə" adlı tədbir keçirildi.
Məktəbin tarix müəllimləri Q.Elnurə və A.Könülün rəhbərliyi altında Xocalı soyqırımının otuz birinci ildönümünə həsr edilmiş " Xocalı uşaqların gözündə" adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “əsrin faciəsininin” reallıqlarını əks etdirən videoçarx nümayiş olunmuş, Xocalıya həsr olunmuş rəsmlər sərgilənmişdir. Tədbirdə həmçinin uşaqlar Xocalı faciəsinə aid səhnəciklər göstərib, şeirlər söylədilər. Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayiş etdirildi.
Tədbirin sonunda məktəbin direktoru N.F.Ağcayev çıxışında bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Xankəndində yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.