21 fevral Ana-dili Günüdür.

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
21 fevral Ana dili Günüdür. 2ə sinif şagirdləri təşkilat saatında dilimizin gözəlliyini,ahəngli səslənməsini,diqqətə çatdırmış,şeirlər səsləndirmişlər. Ana dili Gününə aid divar qəzeti hazırlamışlar.