"Tarixin Şərəfli səhifəsi" adlı şeir müsabiqəsinin final mərhələsi keçirildi.

17 fevral 2023-cü il tarixində məktəbimizdə Hövsan Mədəniyyət sarayı ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə "Tarixin Şərəfli səhifəsi" adlı şeir müsabiqəsinin final mərhələsi keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.Daha sonra Ulu Öndər və Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.Tədbirin aparıcısı müsabiqənin şərtlərini elan etdikdən sonra şagirdlər münsiflər tərəfindən dinlənildi və qaliblər müəyyənləşdirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev qalibləri "Təltifnamə" və hədiyyələrlə təbrik etdi.Tədbir Hövsan Mədəniyyət sarayının "Dalğalar" instrumental ansambulunun üzvü pianoçu Seymur Məmmədovun ifasında "Sən elə bir zirvəsən" musiqi nömrəsi ilə yekunlaşdı.

Ümumillikdə 50 şagird müsabiqəyə qatıldı. Onlardan 22-si finala vəsiqə qazandı. Finalda 3 şagird I, II, III yeri paylaşdı. Məmmədli Nərmin 8b - I yer, Elagina Marta 6a - II yer, Rəhmanlı Hüseynqulu 5c - III yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi