Bakı Elm Olimpiadasının məktəb turu keçirildi.
13.02.23 tarixində Bakı Elm Olimpiadasının məktəb turu keçirildi. Üç şagird - Hüseynova Ayla, Hüseynova Yaqut, Zamanlı Xədicə Bakı Elm Olimpiadasının növbəti mərhələsinə vəsiqə qazandılar.
Məktəblər olimpiadada komanda şəklində iştirak edirlər. Hər bir komandanın tərkibi 3 şagirddən ibarət olur. Olimpiadanın təşkilində məqsəd komanda şəklində hazırlıq, təbiət elmlərinin nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadların üzə çıxarılmasıdır.