" İmtahan stressinin aradan qaldırılması" mövzusunda maarifləndirici seminar keçirildi.

Məktəbin illik fəaliyyət planına uyğun olaraq UBTR M.Sinarə və psixoloq M.Aytacın təşkilatçılığı ilə IX - XI sinif şagirdləri arasında " İmtahan stressinin aradan qaldırılması" mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda imtahan zamanı minlərlə şagirdin yüksək imtahan qayğısı səbəbiylə istədikləri performansı yerinə yetirə bilməməyindən, bir çox psixoloji və hətta fiziki problem (diqqət dağınıqlığı, ürək bulanması, əl titrəməsi, unutqanlıq, ürək döyüntüsü, tərləmə) və ailə daxili qarşıdurmalar yaşamağından söhbət açıldı.İmtahan qayğısı, yaş və cinsiyyət fərqi olmadan olduqca çox şagirddə görünən və müvəffəqiyyətin düşməsinə səbəb olan bir qayğı vəziyyətidir. Şagirdlərə məsləhət görüldü ki, imtahan əsnasında özünüzdən heç qayğı duymamağı gözləməyin. Bir miqdar qayğı lazımlı və təbiidir. Məqsədimizin qayğını yox etmək deyil, azaltmağa çalışmaq olduğunu unutmayın. Özünüzə güvənin, imtahan stressini artırmayın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi