Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım edildi.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bütün dünyanı dəhşətə gətirdi. Çoxsaylı insanın ölümü və xəsarət almasına səbəb olan təbii fəlakətlə bağlı bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər oldular. Onlarla ölkə zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım göndəriblər. Hazırda yardım kampaniyası davam etdirilir.
Azərbaycanda da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanır. Bu yardım kompaniyasına məktəbimizin müəllim və şagird kollektivi də qatılıb.