Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişi ilə monitorinq keçirildi.
Fevralın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 8 və 9-cu sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-8-ci sinflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Məktəbin direktoru N.Ağcayev və təlim-tərbiyə işləri üzrə direktor müavini E.Muqumov və G.Məmmədli imtahanın şəffaf keçirilməsi məqsədilə monitorinqə şəxsən nəzarət etdilər. Monitorinq sualları şagirdlərə Azərbaycan bölmələri üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam etdi. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.