I yarımilin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirildi.

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq yanvarın 31-də 2022/2023-cü tədris ili üçün I yarımilin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirildi. BŞTİ tərəfindən 6, 7 və 9-cu siniflərdə keçirilmiş monitorinqlərin nəticələri də pedaqoji şurada müzakirə olundu. Pedaqoji şura da məktəbin direktoru N.Ağcayev , təlim-tərbiyə işləri üzrə direktor müavinləri E.Muqumov, G.Məmmədli, sinifdənkənar və məktəbdənxaric tərbiyə işləri üzrə direktor müavini K.Əmirzadə, psixoloq A.Məmmədova çıxış etdilər. Məktəbin mövcud vəziyyəti, qarşıda duran məsələlər barədə müzakirələr aparıldı. Məktəbin İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur.

Sonda STEAM layihəsi barədə P.Çopsiyeva, Rəqəmsal bacarıqlar layihəsi barədə X.Hidayətova öz məruzəsi ilə çıxış etdi. Layihələrin maraqlı və çətin tərəflərindən, gələcəkdə Azərbaycan təhsilinə verəcəyi töhfələrindən söz açdılar. Layihə barədə öz təkliflərini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi