Maraqlı Steam dərsləri davam edir.
STEAM- Elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənt elmlərinin inteqrasiyası deməkdir. STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. Təhsilalanlarda yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. Dərslər nəticəsində şagirdlərdə riskləri nəzərə almaq, praktik öyrənmə ilə məşğul olmaq, problemin həllində israrlı olmaq, komandada işləmək, yaradıcı olmaq, fərqli fikirləri formalaşdırmaq, çevik fikirlər irəli sürmək, yaranacaq yeni ixtisaslar üzrə işləmək bacarıqları formalaşır.