Suraxanı Rayon İcra Hakimiyyətində qan vermə aksiyası keçirilib.
Talassemiya xəstələri üçün Suraxanı Rayon İcra Hakimiyyətində qan vermə aksiyası keçirilib. Qanvermə aksiyasına könüllü olaraq qatılan məktəbin əməkdaşları - təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov , texnologiya müəllimi Nazimət Misirxanova, tarix müəllimi Amənə Kərbəlayeva qana ehtiyacı olan xəstələr üçün qan veriblər. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
Qeyd olunmalıdır ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.