20 yanvar hadisələrinə həsr olunmuş nümunəvi dərs təşkil edildi.

Məktəb rəhbərliyinin də iştirakı ilə 20 yanvar hadisələrinin 33-cü ilinə həsr olunmuş dərslər davam edir. Tarix müəllimi Osmanova Gülər IX sinif şagirdlərinin iştirakı ilə 20 yanvar hadisələrinə həsr olunmuş nümunəvi dərs təşkil etdi. Dərs zamanı Azərbaycanın azadlığı, bərpası uğrunda canından keçmiş şəhidlərimiz yad edildi. Bugünkü müstəqil Azərbaycanın, keçən əsrdə olan hadisələrdən əyilmədən, vüqarla çıxdığından bəhs olunda. Məktəbin direktoru Nizaməddin Ağcayev öz çıxışında şagirdlərə 20 yanvar hadisələrindən məlumat verib, bildirib ki, "20 Yanvar faciə"si Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdır. Bütün bu zorakılığa və qanlı cinayətə baxmayaraq Azərbaycan xalqı əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına dövlət müstəqilliyini bərpa etdi. Qanlı hadisənin təfərrüatlarından geniş bəhs edən səfir diqqətə çatdırıb ki, bu cinayətə kəskin etirazını bildirəm Ümummilli Lider Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı bu cinayəti törədənləri ağır şəkildə ittiham etməklə, xalqımızın haqq səsini dünyaya çatdırıb. Bildirilib ki, 20 Yanvar hadisələrinə məhz Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra hüquqi qiymət verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi