"20 yanvar-Ümumxalq hüzn gününə" həsr olunmuş Voleybol yarışı keçirildi.
"20 yanvar-Ümumxalq hüzn gününə" həsr olunmuş Voleybol yarışı keçirildi.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19.01.2023-cü il tarixində 20 yanvar şəhidlərinin xatirəsinin 33-cü ildönümünə həsr olunmuş Voleybol turniri keçirildi.
Turnirdə 118 saylı tam orta məktəbin komandası 1-ci, 76 saylı tam orta məktəbin komandası isə 2-ci yerə layiq görülmüşdür. Qaliblər kubok, diplom və medallarla təltif olunmuşlar.