"Qida təhlükəsizliyi" mövzusunda tədbirlər həyata keçirildi.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı A.Kəmalənin rəhbərliyi ilə "Qida təhlükəsizliyi" mövzusunda şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirildi. Təhsilalanlara məlumat verildi ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Onlara qida sahəsində ehtiyatlı olmağın əhəmiyyəti və zərurəti izah edildi.