İbtidai siniflərdə sağlam və rasional qidalanma istiqamətində təşviqat işləri aparıldı.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini M.Güllərin rəhbərliyi altında ibtidai siniflərdə sağlam və rasional qidalanma istiqamətində təşviqat işləri aparıldı. Şagirdlərə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Şagirdlərə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılıb.