Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsi həyata keçirdi.

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübəyə malik, yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, onların təcrübələrini təbliğ etmək və qabaqcıl müəllimlər bazasını yaratmaq məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsi həyata keçirdi. Müsabiqədə məktəbimizin tarix müəllimi, fəlsəfə doktoru Amənə Kərbalayeva və 10a sinif şagirdi Fatimə Məmmədli iştirak etmişdi. Sevindirici haldır ki, məktəbimizi bu müsabiqədə təmsil edən K.Amənə müəllimə və 10a sinif şagirdi M.Fatimə uğur qazanaraq I yerə layiq görüldülər. Kollektivimiz adından onları bu uğur münasibətilə təbrik edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi