Mirşahin “Məktəbdə...” layihəsində

“Məktəbdə...” layihəsinin növbəti görüşü Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə keçirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olub.

Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə M.Ağayev özünün məktəb illəri, yadda qalan xatirələrindən söz açıb, müasir dövrün tələbləri və bugünün məktəbi, təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunması, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan qonaq öyrədici informasiyanı seçmək bacarığı, sosial şəbəkələrin gənclərə təsirləri və mövcud imkanlardan səmərəli istifadə yollarından söz açıb. M.Ağayev Vətən Müharibəsinin ön cəbhəsində düşmənlə vuruşan əsgərlə media əsgərini birləşdirən ortaq dəyərlər, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq və digər maraqlı mövzular ətrafında şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olub.

Belə gözəl layihə və təşəbbüs üçün həm BŞTİ-nə , qonaq qismində iştirak edib suallarımızı cavablandırdığı üçün Mir Şahin müəllimə kollektivimiz adından təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi