“Məktəbdə...” növbəti görüş
“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 11-də Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü, həmçinin Baku TV onlayn televiziyası da işıqlandıracaq.