Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sinifdaxili tədbir keçirdi.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu səbəbdən Respublikamızda 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd olunacaq. Məktəbin fəaliyyət planına uyğun olaraq sinif rəhbəri R.Sevda 5c sinfində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sinifdaxili tədbir keçirdi. Şagirdlər öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin keçdiyi çətin, şərəfli həyat yolunu bir daha yada saldılar.