Ölüm "ağ" olanda daha dəhşətli olur !
21-ci əsrin bəlası olan, bu gün bəşəriyyəti düşündürən ən ciddi, təhlükəli problemlərdən biri Narkomaniyadır. İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər: müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bədbəxt hadisələr və s.Ölüm..... Ölüm haqdır..... Ancaq ölüm "ağ" olanda daha dəhşətli olur! Ağ ölüm - Narkomaniyadır!Narkomaniya - bəşəriyyətin ən qorxulu bəlası! Bəli,qorxulu! Ona görə qorxulu ki, bu bəlaya yoluxanlar əksər hallarda ona qalib gəlməkdə aciz qalırlar. Bu meşələrdəki bataqlıqlara bənzəyir. Hansı ki, orada yaşayan canlı o bataqlığa düşərkən ordan çıxmaq üçün çırpınır. Amma əksinə hər hərəkətində daha da batır. Narkotikdən istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Mütəxəssislər bəşəriyyəti bu dəhşətli bəladan azad etməyin yollarını araşdırırlar,gənclər arasında maarifləndirmə işini gücləndirmək məqsədilə müxtəlif tədbirlər keçirirlər.Bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı,qeyri-hökumət təşkilatları da xüsusi fəallıq göstərirlər.Respublikamızda fəaliyyət göstərən orta məktəblərdə bu münasibətlə silsilə tədbirlər həyata keçirilir.Belə tədbirlərdən biri də bu gün 118 saylı tam orta məktəbdə baş tutdu.Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı,rayonun səlahiyyətli nümayəndələri də iştirak etdi.Tədbirdə Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisi polis polkovnik leytenantı cənab Eldar Qazıbəyov,30-cu polis bölməsinin sahə rəisi polis mayoru Bəxtiyar Məmmədov,30-cu polis bölməsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru polis kapitanı Ədalət Məmmədov,Suraxanı rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmə rəisi polis mayoru Namiq Abbasov,23 saylı Şəhər Poliklinikasının müdiri Şərəbanı Yusifzadə,23 saylı Şəhər Poliklinikasının sahə həkimi Cəfər Fətullayev iştirak edirdilər.Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.Tədbirin aparıcıları artıq “ağ ölüm”kimi az qala bütün dünyanı öz ağuşuna alan bu sosial bəlanın minlərlə insanın həyatına son qoymasından ürək ağrısı ilə danışdılar.Çıxış edən qonaqlar da qeyd etdilər ki,təəssüf ki,bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən əziyyət çəkir.Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görür,ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.Tədbirdə narkomaniyanın insanların başına gətirdiyi faciələri əks etdirən video-kadrlar nümayiş olundu,şagirdlərimizin hazırladıqları "Bədbəxtliyin açarı - Narkomaniya" adlı səhnəciyə tamaşa edildi. Qeyd olundu ki, həyat hadisələrində götürülmüş bu məqalə 2006-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən mükafat almışdır.Sonda məktəbin direktor Nizaməddin Ağcayev tədbir iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirdi.Tədbir Məmmədli Fatimənin ifasında Bəxtiyar Vahabzadənin “Yaşamaq istəyirəm həyatı həyat kimi” sözləri ilə yekunlaşdı.