"Üşümürmü, görəsən?" mövzusu açıq havada tədris edildi.

Mütəxəssislər açıq havada- xüsusən də təbiət qoynunda dərs keçməyin fiziki olaraq faydalarını da açıqlayıblar. Araşdırmalara görə, yaşıl sahələr uşaqlarda aqressiyanı və diqqət çatışmazlığı və hiperaktivlik pozulmaları azaldaraq akademik uğuru artırır. Həm də şagirdlər təbiətlə sıx əlaqədə olurlar. Təbiət beyin əzələlərini sakitləşdirir.

28.12.22 tarixində 4e sinif şagirdləri təlim-tərbiyə işləri üzrə direktor müavini və fənn müəllimi Məmmədli Güllərin təşkilatçılığı ilə "Üşümürmü, görəsən?" mövzusunu açıq havada tədris etdilər. Mövzunu mənimsəməklə yanaşı təhsilalanlar məktəbin həyətindəki " Məktəbli bostanı" və ağaclarla daha yaxından tanış oldular. Onların əhəmiyyəti, faydaları haqqında bildikləri məlumatı bir-birləri ilə paylaşdılar. Sonda şagirdlər məktəbin həyətində oranjeriyalar hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi