7 və 9-cu siniflərində monitorinq keçirildi.
27.12.2022-ci tarixdə BŞTİ tərəfindən 7 və 9-cu siniflərdə keçiriləcək monitorinqlə bağlı nəzarətçilərlə görüş keçirildi. Rəhbərlik tərəfindən onlara müvafiq təlimatlar verildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin göstərişinə müvafiq olaraq məktəbin 7 və 9-cu siniflərində monitorinq keçirildi. 9-cu siniflərdə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-7-cı siniflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə test tapçırıqları verilmişdi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdır.