"İstedadlı şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması" adlı layihənin açılışı oldu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən həyata keçirilən "Biliyini paylaş" layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumitəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir. 23.12.2022-ci il tarixində "İstedadlı şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması" adlı layihənin açılışı oldu. Layhəyədə məktəb rəhbərliyi və digər məktəblərdən dəvət olunmuş qonaqlar iştirak etdi.
206 № li məktəbin direktoru - Cavid Cəfərzadə
172 saylı tam orta məktəbin məktəbdaxili və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı - Kazımova Vüsalə Qaraxan
292 saylı tam orta məktəbin tarix müəllimi-Ismayılova Ülkər
118 saylı tam orta məktəb cografiya müəllimi Şirinov Səbuhi
118 saylı tam orta məktəb cografiya müəllimi Məhərrəmova Rühanə